AZ

Özbəkistanda məktəb direktoru şagirdin telefonunu lövhəyə mismarnan VURUB

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, telefonun ekranı sinifdə olanların gözü qarşısında çatlayır. Yeniyetmənin hərəkətsiz dayandığı görünür. Video qısa müddətdə Telegram kanalları və digər platformalarda geniş yayılıb və kəskin müzakirələrə yol açıb. Şərhlərdə istifadəçilərin mövqeləri bölünüb: bir qismi bunu intizam tədbiri kimi qiymətləndirir, digərləri isə davranışı alçaldıcı və qəbuledilməz hesab edir. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər. Səmərqənddə səlahiyyətli şəxslər belə bir insidentin baş vermədiyini açıqlasa da, videonun harada və nə vaxt çəkildiyi hələlik dəqiqləşdirilməyib. Görüntülər internetdə yayılmağa davam edir və cəmiyyətdə intizamla davranış sərhədləri barədə müzakirələri gücləndirir.

Seçilən
54
Ajans.az

1Mənbələr