AZ

Əli Əsədov: Türkiyəyə yüksək riskli məhsulların ixracına icazə verilmir məsələnin həllinə ümidvarıq

2024-cü ilin 1 iyul tarixindən etibarən qida obyektləri üzrə Türkiyənin təsdiq sisteminin ekvivalentliyi birtərəfli qaydada Azərbaycan tərəfindən tanınmışdır.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, buna baxmayaraq Azərbaycandan Türkiyəyə yüksək riskli məhsulların ixracına ümumiyyətlə icazə verilmir və müvafiq təsdiq sisteminin ekvivalentliyinin tanınması məsələsinə baxılmır: “Bu məsələnin müsbət həllinə çox ümidvarıq. Qida təhlükəsizliyi ilə bağlı məsələlər barədə də bu gün bizə məruzə olunacaq”.

Seçilən
59
apa.az

1Mənbələr