Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 31 milyon 365 min dollar dəyərində 32 min 107 ton nar ixrac edilib (1 tonu orta hesabla 977 dollara).
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin statistikasından topladığı rəqəmlər əsasında xəbər verir.

2024-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 25 milyon 768 min dollar dəyərində 29 min 360 ton nar ixrac edilmişdi (1 tonu orta hesabla 877 dollara).
Beləliklə, Azərbaycandan nar ixracı 2025-ci ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 597 min dollar və ya 21,7%, miqdar ifadəsilə 2 min 747 ton və ya 9,4% artıb.
İş elanları AzVak.az-da
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.