2025-ci ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycana 159 milyon 535 min dollar dəyərində 23 min 53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin statistikasından topladığı rəqəmlər əsasında xəbər verir.
2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycana 151 milyon 558 min dollar dəyərində 26 min 403 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.
Beləliklə bu il Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsilə 7 milyon 977 min dollar və ya 5,3% artıb, miqdar ifadəsilə 3 min 350 ton və ya 17,8% azalıb.