AZ

Universitetin önündə səki kəsilib, yol çiyni düzəldilib, istifadə edilmir FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azadlıq prospektində əvvəllər kəsilmiş səki hazırda sadəcə istifadəsiz asfalt sahəsi kimi qalır və piyadaların rahat hərəkətini əngəlləyir.

Avtosfer.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, istək və düzgün koordinasiya olarsa, bu səki cəmi 1 gün ərzində bərpa edilərək yenidən piyadaların istifadəsinə verilə bilər. Süni intellektin köməyi ilə hazırlanmış ikinci şəkildə bu bərpa işinin necə mümkün olduğu vizual olaraq göstərilib və işin sürətli və səmərəli icrasının mümkünlüyü nümayiş etdirilib.

Baş yolda olarkən ikinci dərəcəli yoldan gələnlərə necə yol verməlisiniz? – Mütəxəssis İZAH ETDİ - VİDEO

Real nümunə isə keçən il “Sahil” metrosu önündə həyata keçirilmiş səki bərpasıdır. Həmin layihə göstərir ki, şəhər infrastrukturunun düzgün planlaşdırılması və sadə, operativ addımların atılması ilə piyadalar üçün təhlükəsiz və rahat hərəkət şəraiti təmin etmək mümkündür. 

Ekspertlər vurğulayırlar ki, bu tip bərpa işləri şəhərin ümumi estetik görünüşünü yaxşılaşdırır və həm də vətəndaşların gündəlik hərəkət rahatlığını artırır.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
avtosfer.az

2Mənbələr