AZ

Türkiyə rəsmiləri danışıqlar aparmaq üçün Dəməşqə yola düşüblər

Ankara, 22 dekabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Suriya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Dəməşqə səfər ediblər.

AZƏRTAC Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə-Suriya danışıqlarının gündəliyində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş məsələlər siyahısı yer alıb. Terrorizmlə mübarizə ilə bağlı addımlara xüsusi diqqət yetiriləcək.

Digər mövzularla yanaşı, artıq mövcud razılaşmaların həyata keçirilməsi üzrə səylərinin də müzakirəsi planlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Seçilən
21
1
azertag.az

2Mənbələr