Aktual.az xəbər verir ki, o, Naxçıvanda amnistiya aktının icrası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu qərar bayram ərəfəsində ailəsini sevindirdi.
"Azərbaycan Prezidenti İlham Əliyevə amnistiya təşəbbüsünə görə dərin təşəkkürümü bildirirəm. Bayram ərəfəsində ailəmizi sevindirdiyi, bizi doğmalarımıza qovuşdurduğu üçün dövlət başçısına minnətdarlığımı ifadə edirəm. Biz, həqiqətən də, "Bir millət, iki dövlətik!" Qardaşlığımızı bu dəfə də əyani şəkildə gördük. Azərbaycan Prezidentinə bir daha təşəkkür edirəm ki, ailəmizə qovuşmağı bizə nəsib etdi", - Zəfər Sayki bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktının Naxçıvanda icrasına başlanılıb.