ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Latın Amerikası ölkəsi olan El-Salvadorda bir cinayətkara 1335 il iş kəsilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə El-Salvador Baş Prokurorluğu açıqlama yayıb.
Regionun ən təhlükəli cinayətkar təşkilatlarından biri kimi tanınan "MS13"ün üzvü 1335 il həbs cəzasına məhkum edildiyi bildirilib.
Bəyanatda bildirilir ki, "MS13"-ün 248 üzvünə 2014-2022-ci illər arasında törədilmiş müxtəlif cinayətlərə görə müxtəlif həbs cəzaları verilib.
Qeyd olunur ki, dəstə üzvlərindən biri 1335 il həbs cəzası alıb, digər 10 nəfər isə 463 ildən 958 ilə qədər həbs cəzasına məhkum edilib.
Hakimiyyət orqanları məhkum edilmiş təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların qətl, məcburi yoxaçıxma və hədə-qorxu ilə tələb etmə kimi ağır cinayətləri əhatə etdiyini bildirib.
El-Salvador hökuməti mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, MS-13 (tam adı Mara Salvatrucha) — əsasən Salvadorla əlaqələndirilən, amma ABŞ və Mərkəzi Amerikada fəaliyyət göstərən çox təhlükəli cinayətkar dəstədir.
Bu qruplaşma qətl, narkotik alveri, adam oğurluğu, hədə-qorxu ilə pul yığma kimi ağır cinayətlər törədən küçə bandasıdır. 1980-ci illərdə ABŞ-da (Los-Ancelesdə) yaranıb, sonra üzvləri deportasiya olunanda Salvadora yayılıb və zamanla Salvador üçün böyük təhlükəsizlik probleminə çevrilib.
Billurə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.