AZ

Finalissimanın tarixi və məkanı müəyyənləşdi

Avropa və Cənubi Amerikanın ən güclü komandaları arasında keçiriləcək növbəti oyunla bağlı suallara cavab tapılıb.

"Football-plus.az" xəbər verir ki, Finalissimanın tarixi və məkanı müəyyənləşib.

AÇ-2024-ün qalibi İspaniya və Amerika Kuboku-2024-ün çempionu olan Argentina yığmaları arasındakı oyun 2026-cı il martın 27-də keçiriləcək. Həlledici matç Qətərdə təşkil ediləcək. Finalissimaya Lusail şəhərindəki 88966 yerlik stadion səhnə olacaq. Xatırladaq ki, 2022-ci ildə keçirilən əvvəlki oyunda Argentina İtaliyaya 3:0 hesabıyla qalib gəlib.

Seçilən
24
1
football-plus.az

2Mənbələr