AZ

II Liqa: "Xankəndi"dən çətin qələbə, "Qaradağ Lökbatan" darmadağınla zirvədə

Azərbaycan II Liqasında XIV tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilin son turunun ilk oyun günündə 3 görüş keçirilib. 

Ötən tur "Qaradağ Lökbatan"la oyuna çıxmayan "Şəki Siti"nin lider "Xankəndi" ilə matça da gəlməyəcəyi gözlənilsə də, əksi baş verib. Məvacibini tələb edən bölgə təmsilçisinin futbolçuları oyundan dəqiqələr öncə maaşlarını alıblar və beləliklə Qarabağ təmsilçisi ilə önünə çıxıblar. İbrahim Uzuncanın komandası görüşdə çətin qələbə qazanıb.

"Xankəndi" ilə şərikli lider olan "Qaradağ Lökbatan" autsayderi sınağa çəkib. Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda "Araz Saatlı" ilə ev oyununda darmadağın reallaşdırıb. İlk yarıda rəqibinin qapısından 8 cavabsız top keçirən lökbatanlılar ümumi hesabı 13:1-ə çatdıraraq top fərqindəki üstünlüyə görə liderliyə yüksəliblər. "Qaradağ Lökbatan"ın heyətində Ramil Orucov pentatrik, Fərid Abbaslı het-trik, İlham Hüseynov dubl müəllifi olub.

Günün daha bir oyunu iosə Qubada baş tutub. Şəhərin eyniadlı təmsilçisi "Ağdaş"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Tura sabah 3 oyunla yekun vurulacaq.

Azərbaycan II Liqası
XIV tur
22 dekabr 

“Şəki Siti” – “Xankəndi” 1:2
Qollar:
 R.Məhərrəmov, 15 - B.Teymurov, 26; 90+1.

“Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
Qollar:
R.Orucov, 1; 6; 20; 46; 54. F.Abbaslı, 8; 14; 26. İ.Hüseynov, 37; 44. T.Nəsibov, 46. R.Quliyev, 61. Sabir Allahquliyev, 83 - R.Əvəzov, 68.

“Quba” – “Ağdaş” 6:1
Qollar:
 İ.İbrahimli, 3. N.Mollayev, 44. B.Köçərli, 54. V.Cəfərov, 77-pen; 79; 90-pen. - V.Nəsirov, 84.

Seçilən
36
7
fanat.az

9Mənbələr