“Çelsi”nin fransalı mərkəz müdafiəçisi Aksel Disasi karyerasını davam etdirə biləcəyi yeni variantlar axtarır.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu artıq uzun müddətdir “mavilər”in əsas heyətindən kənarda qalıb və London klubu onunla qış transfer pəncərəsində yollarını ayırmaq niyyətindədir.
Fransız futbolçunun yanvarda komandadan gedişi, demək olar ki, qaçılmazdır və bu barədə potensial alıcı klublar da məlumatlıdır. Disasinin xidmətləri “Milan”a təklif olunub. Söhbət satınalma müqaviləsi əsasında icarə variantından gedib. Lakin İtaliya nəhəngi hələlik futbolçunun agentinə yekun söz deməyib.
Transfermarkt portalı Aksel Disasinin transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.