Bakı. Trend:
Humboldt mükafatına layiq görülmüş ilk azərbaycanlı alim,əməkdar elm xadimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) rektorunun müşaviri, dünyaşöhrətli alim professor MəsudƏfəndiyev AzMİU-nun doktorantları və gənc tədqiqatçı alimləri iləgörüş keçirib.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor NigarAslanovanın da iştirak etdiyi iki günlük görüş çərçivəsindədoktorantların və gənc alimlərin elmi-tədqiqat fəaliyyəti,beynəlxalq elmi inteqrasiya imkanları və qlobal elm arenasına çıxışmexanizmləri ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə gənc tədqiqatçıların elmi məqalələrinin “Web of Science”və “Scopus” kimi beynəlxalq indeksli, nüfuzlu elmi jurnallarda dərcolunması məsələləri xüsusi diqqət mərkəzində olub. Professor MəsudƏfəndiyev bu istiqamətdə şəxsi elmi təcrübəsini bölüşərək, məqaləyazılışı, resenziya prosesləri, elmi etik normalar və beynəlxalqakademik şəbəkələrə çıxış yolları barədə ətraflı tövsiyələrverib.
Dünya miqyasında tanınan alim eyni zamanda gənc tədqiqatçılarüçün mövcud olan beynəlxalq elmi-tədqiqat proqramları və qrantmexanizmləri barədə məlumat verib, konkret əlaqələr təqdim edib vəgələcək əməkdaşlıq perspektivlərinə dair istiqamətlər göstərib.
Müzakirələr zamanı xüsusilə “Alexander von Humboldt” Fondu, DAAD(Alman Akademik Mübadilə Xidməti), “Horizon Europe və ERC”(European Research Council) proqramları, eləcə də digər beynəlxalqelmi-tədqiqat və innovasiya platformalarına çıxış imkanları genişmüzakirə olunub.
Görüş çərçivəsində qlobal elmi gündəmdə olan aktualelmi-tədqiqat istiqamətləri, multidissiplinar layihələr vəbeynəlxalq konsorsiumlarda iştirak imkanları da nəzərdənkeçirilib.
Bu görüş AzMİU-da elmin inkişafı, gənc alimlərin beynəlxalq elmimühitə inteqrasiyası və universitetin qlobal elmi nüfuzunun daha dagücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.