Olke.az saytına istinadən ain.az xəbər verir.
"Qarabağ"da yanvar ayında ayrılıqlar yaşana bilər.
Fanat.az yazır ki, namizədlərdən biri də Marko Yankoviçdir.
Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri - "Olimpiakos" və "Panatinakos", eyni zamanda Zaqreb "Dinamo"su yaxından maraqlanır.
Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.
Ölkə.Az xatırladır ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqasının XVI turunda "Qəbələ"ni məğlub etdikləri oyundan sonra bunları deyib:
"Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".
30 yaşlı Marko Yankoviçin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.
O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.