AZ

Avstriyada müsəlmanları hiddətləndirən paylaşım

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avstriyada hakim koalisiya hökumətində təmsil olunan Avstriya Xalq Partiyasının (ÖVP) sosial media hesabında etdiyi müsəlman əleyhinə paylaşım geniş ictimai etiraza səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən paylaşıma cavab olaraq bir çox siyasətçi mövqe bildirib.

Sosial Demokrat Partiyasından (SPÖ) Maliyyə naziri Markus Marterbauer açıqlamasında Avstriyada yaşayan bosniyalı vətəndaşların onilliklərdir səhiyyə, ticarət və sənaye sahələrində çalışan insanlarla empati qurduğunu qeyd edərək, ÖVP-nin bu paylaşımına görə üzr istəyib:

“Üzr istəyirəm! Biz belə deyilik”.

Yeni Avstriya Partiyası NEOS-un üzvü Yanniç Şetti isə X platformasındakı paylaşımında bu mövqeni “əsaslı şəkildə yanlış və siyasi baxımdan bacarıqsız” adlandıraraq, bütün müsəlmanları “şübhəli” kimi göstərməyin cəmiyyəti parçalamaq anlamına gəldiyini bildirib.

Yaşıllar Partiyasının lideri Leonore Gevessler isə bu paylaşımın Baş nazirin partiyasına yaraşmadığını vurğulayıb:

“Onilliklərdir Avstriyada yaşayan, işləyən və cəmiyyətimizin bir hissəsi olan insanların belə bir şeyi oxumaq məcburiyyətində qalması utancvericidir”.

Qeyd edək ki, ÖVP-nin sosial media hesabında edilən paylaşımda isə belə yazılıb:

“İnsanların üçdə ikisinin müsəlmanlarla birgə yaşamağı çətin hesab etdiyini bilirdinmi?”

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr