AZ

Dövlət Dəniz və Liman Agentliyi dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslərlə çıxış edib (FOTO)

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq DənizTəşkilatının İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitəsininon birinci sessiyasında müzakirə edilən “Dənizçilərinhazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”(DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrəmövcud boşluqların aradan qaldırılması təşəbbüsü ilə çıxışedib.

Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.

Beynəlxalq səviyyədə irəli sürülən bu təşəbbüslər çərçivəsində3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇMəcəlləsinə dəyişikliklər olunmasına dair layihə təkliflərihazırlanıb. DDLA-nın təqdim etdiyi həmin təklifləraşağıdakı istiqamətlər üzrədir:

  • 385-ci boşluq – gəmilərdə təlim keçənmüdavimlərlə (kursantlar) bağlı tələblərə dəyişiklik edilməsi;
  • 56-cı boşluq – “İxtisaslı şəxs” anlayışınadair ixtisas meyarlarına dəyişiklik edilməsi;
  • 165-ci boşluq – III/1 qaydanın tələbləriçərçivəsində təsdiq edilmiş dəniz xidmətinin müəyyən hallardasimulyator hazırlığı kimi alternativ tədbirlərlə əvəzlənməsinəimkan verən yeni bəndlərin əlavə olunması ilə bağlı dəyişikliklərinedilməsi.

Layihələr Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunaraqİnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı ildənövbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq rəsmitəkliflər siyahısına daxil edilib və “IMODOCS” rəsmi səhifəsindəyerləşdirilib.

Sözügedən təşəbbüs Azərbaycanın dəniz nəqliyyatı sahəsindəbeynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin bu sahədənormativ və institusional potensialının artdığını bir daha nümayişetdirir.

DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarınıntəkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsininyüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunmasıistiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.

Dövlət
Seçilən
58
az.trend.az

1Mənbələr