AZ

Danimarkadan Amerikaya ismarıc

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az xəbər verir ki, Danimarkada ABŞ səfirinə etiraz notası təqdim edilib.

ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edərək, adanın ABŞ-nin milli təhlükəsizliyi üçün mühüm olduğunu bəyan edib.

Bu addım Danimarkada "qətiyyən qəbuledilməz" hesab edilib. Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen etirazını bildirib. Bundan sonra isə ölkə rəsmiləri Amerikanın Kopenhagendəki səfirini çağıraraq narazılıqlarını bəyan ediblər.

Tramp bundan əvvəl dəfələrlə Qrenlandiyanı ilhaq etmək arzusunda olduğunu bildirib. Laki Danimarka ilə adanın rəhbərlikləri bu iddianı rədd edirlər.

Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
hurriyyet.az

2Mənbələr