AZ

Yermakın müşavirlərinin aqibəti necə oldu? – Aydınlıq gətirildi

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın istefasından sonra onun müşavirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

KONKRET.az xəbər verir, Yermakın sabiq müşaviri Sergey Leşenko bildirib ki, o, Mixail Podolyakla birlikdə Prezident Aparatında fəaliyyətini davam etdirir və hər ikisi yeni vəzifələrə təyin olunub.

Leşenkonun sözlərinə görə, hazırda Prezident Aparatının rəhbəri yoxdur və o, Podolyakla birlikdə Prezident Aparatının müşaviri vəzifəsinə yenidən təyin edilib.

“Bu qərar artıq bir neçə həftədir qüvvədədir”, – deyə Leşenko qeyd edib.

O bildirib ki, funksional vəzifələrində heç bir dəyişiklik baş verməyib. Digər müşavirlərin taleyi ilə bağlı isə açıqlama verməyib.

Bu arada, “Ukrainskie Novosti” nəşri məlumat yayıb ki, Andrey Yermakın istefasından sonra onun bütün müşavirləri və köməkçiləri vəzifələrindən azad edilib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, Yermakın komandasında doqquz müşavir və köməkçi olub. Ştatda Aleksandr Bevz, Liliya Paşinnaya, Viktoriya Romanova və Tatyana Qayduçenko çalışıb. Qeyri-ştat müşavirləri isə Sergey Leşenko, Darya Zarivnaya, Mixail Podolyak, Elina Elyanova və Aleksandr Rodnyanski olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
56
1
konkret.az

2Mənbələr