AZ

Xırdalanda dəm qazından zəhərlənən üç nəfərdən birinin vəziyyəti ağırdır

Xırdalanda ötən gün dəm qazından zəhərlənən üç nəfərdən birinin vəziyyəti ağırdır, ikisi xəstəxanadan evə buraxılıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Kliniki Tibbi Mərkəzin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, dekabrın 21-də saat 20:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib.

Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.

1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
41
1
ekologiya.az

3Mənbələr