AZ

AYİB Türkiyədə külək enerjisinin inkişafına dəstək olacaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “yaşıl”keçidinə dəstək məqsədilə ölkənin aparıcı enerji şirkətlərindənolan “Enerjisa Enerji Üretim A.Ş.”yə (Enerjisa Üretim) 200 milyonABŞ dolları (172 milyon avro) məbləğində kredit ayırıb.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, bankın dəstəyi “Enerjisa Üretim”in ümumi gücü 1QVt olan külək enerjisi layihələri portfeli çərçivəsində Muğlavilayətində ümumi gücü 250 MVt təşkil edən külək elektrikstansiyalarının tikintisinə imkan verəcək.

“Mühüm əhəmiyyətə malik bu layihə hər il təxminən 630 QVt·saat‘yaşıl’ elektrik enerjisi istehsal edəcək və təqribən 221 min tonCO₂ emissiyasının qarşısını almağa imkan verəcək. Türkiyənin karbonneytrallığına nail olmaq məqsədlərinə töhfə verməklə yanaşı, layihəenerji təhlükəsizliyini gücləndirəcək və ölkənin bərpaolunmayanyanacaqlardan asılılığını azaldacaq.

Bundan əlavə, bankın investisiyaları çərçivəsində “EnerjisaÜretim” yeni peşə hazırlığı və sertifikatlaşdırma mərkəzivasitəsilə milli akkreditasiyadan keçmiş təlim proqramı yaradacaq.Bu mərkəz kömür sektorunda çalışan işçilərin bərpa olunan enerji,kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərmək üçünyenidən ixtisaslaşmasını təmin edəcək və şirkətin ədalətli keçid(Just Transition) gündəliyinin həyata keçirilməsinə töhfə verəcək”,– məlumatda deyilir.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr