AZ

Quru incir suyunun az bilinən faydaları

Quru əncir suyunun faydaları gündəmdə – təbii dəstək axtaranlara


Quru əncir suyu sağlam qidalanmaya üstünlük verənlərin son dövrlər daha çox maraq göstərdiyi təbii içkilərdən biridir.


Pravda.az bildirir ki, tərkibində lif, vitamin və mineral maddələr olan bu içkinin xüsusilə həzm sistemi üçün faydalı olduğu bildirilir.


Mütəxəssislərin sözlərinə görə, quru əncir suyu bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını almağa kömək edir və həzm sisteminin daha rahat işləməsini dəstəkləyir. Quru əncirin tərkibində olan kalium, maqnezium və antioksidanlar immun sisteminin güclənməsinə və ürək-damar sağlamlığının qorunmasına töhfə verə bilər.


Quru əncirin zeytun yağı ilə birlikdə istifadəsi isə təsirini artıra bilər. Bu qarışımın bağırsaqları yumşaldıcı təsir göstərdiyi, bədənin toksinlərdən təmizlənməsinə yardımçı olduğu qeyd olunur. Eyni zamanda hormonal tarazlığın qorunmasına dəstək verə biləcəyi bildirilir.


Mütəxəssislər xəbərdarlıq edir ki, quru əncirin təbii şəkər miqdarı yüksək olduğundan diabet xəstələri və pəhriz saxlayan şəxslər bu məhsulu ölçülü şəkildə istifadə etməlidir. Daimi istifadə etməzdən əvvəl həkim məsləhəti almaq tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 22 Dekabr 2025, 17:14   
Seçilən
60
pravda.az

1Mənbələr