AZ

Stubbdan Rusiya və Ukrayna ilə bağlı VACİB AÇIQLAMA

Finlandiya Prezidenti Aleksandr Stubb Fox News telekanalına müsahibəsində Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarının həlledici mərhələyə yaxınlaşdığını və tərəflərin razılaşmaya indiyədək ən yaxın nöqtədə olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Stubbun sözlərinə görə, ABŞ-dan olan danışıqlarçılar Cared Kuşner və Stiven Uitkoff son bir neçə həftə ərzində tərəflər arasındakı fikir ayrılıqlarını azaltmaq üçün “günün 24 saatı işləyiblər”.

O, həmçinin bir həftə əvvəl Berlində keçirilən görüşlərdə Avropa, Ukrayna və ABŞ nümayəndələrinin mövqelərinin uzlaşdığını vurğulayıb: “Onlar ədalətli və davamlı sülhə nail olmaq istəyində vahid mövqe nümayiş etdirdilər”.

Bununla yanaşı, Finlandiya prezidenti qeyd edib ki, Moskvanın sərt ictimai ritorikasına baxmayaraq, Rusiya danışıqlarçıları qapalı müzakirələrdə daha çevik mövqe sərgiləyə bilərlər.

Stubb bu cür fərqi diplomatiya üçün “tamamilə tipik” hal kimi qiymətləndirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
52
konkret.az

1Mənbələr