AZ

Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakı, 22 dekabr, AZƏRTAC

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4 min manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Seçilən
66
3
azertag.az

10Mənbələr