AZ

Gələn ilin dövlət büdcəsi sosial rifahın daha da gücləndirilməsinə xidmət edəcək ŞƏRH

Bakı, 22 dekabr, AZƏRTAC

2026-cı ilin dövlət büdcəsi növbəti və sonrakı illərdə də sosialyönümlü büdcə olacaq. Baş nazir növbəti 4 ildə dövlət xərclərinin priritet istiqamətləri sırasıda sosial təminat istiqamətinin də adını çəkib. 2026-cı ilin büdcə qanunu layihəsinə nəzər saldıqda da növbəti ilə bu istiqamətdə xərclərin artımının nəzərdə tutulduğu görününür. Beləliklə dövlət xərclərində əhalinin sosial rifahının yaxşılaşdırlması, sosial müdəafiə və sosial sığorta, səhiyyə, təhsil və digər istiqamətlərdə əhəmiyyətli artımlar nəzərdə tutulub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun xərclərinin cari illə müqayisədə artımları nəzərdə tutulub. Əhalinin məşğulluğunun təmin olunması növbəti illərdə də prioritet sahələrdən biri olaraq qalacaq. Aktiv məşğulluq proqramları daha da genilənəcək və işğaldan azad edilmiş ərazilərə küçürülən əhalini də əhatə edəcək.

“Son 7 ildə sosialyönlü xərclər dəfələrlə artıb. 7 ildə sosialyönlü xərclərin 2,2 dəfə artması dövlətin, Prezidentin bu istiqamətə xüsusi diqqət göstərməsinin nəticəsidir. Bütövlükdə cari ilə nisbətdə sosialyönlü büdcənin həcmi 236 milyon manat artacaq. Bu göstərilən rəqəmlər dövlətin sosial siyasətinin davamlı olmasını göstərir. Sosial yönümlü büdcənin artırımasında məqsəd sosial proqramlar, layihələr və xidmətlər üçün daha çox maliyyə resursları ayırmaq və hədəfləməklə sosial məqsəd və vəzifələrə nail olmaqdır. Beləliklə, növbəti ildə yoxsulluğun daha da azaldılması, sosial və səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması, keyfiyyətli təhsilin təmin edilməsin və sosial infrastrukturun inkişafının şahidi olacağıq” , - deyə hüquq müdafiəçisi əlavə edib.

 

Seçilən
56
azertag.az

1Mənbələr