AZ

Bankdan pul götürmək istəyənlərin NƏZƏRİNƏ: Kredit faizləri aşağı salına bilər…

2026-cı ildə istehlak kreditləri üzrə faiz dərəcələrinin aşağı düşüb-düşməyəcəyi məsələsi müzakirə mövzusudur. Maraqlıdır, 2026-cı ildə istehlak kreditlərinin faizləri aşağı düşə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, faizlərin azalması yalnız müəyyən şərtlər daxilində mümkün olur.

“Bu cür imkan əsasən rəqabətyönümlü maliyyə mühitinin formalaşması və banklar üçün ucuz kapitalın mövcudluğu halında yaranır. Belə şəraitdə kredit faizlərinin aşağı düşməsi real görünə bilər”.

Lakin ekspert vurğulayıb ki, hazırkı vəziyyətdə istehlak kreditləri bank sektorunda ən aktiv və işlək kredit mexanizmi olaraq qalır və bu sahəyə tələbat yüksəkdir.

“Məhz bu amil faiz dərəcələrinin aşağı salınmasına ehtiyac yaratmır”.

Fuad İbrahimovun fikrincə, mövcud iqtisadi şəraitdə istehlak kreditləri üzrə faizlərdə ciddi endirim gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
53
2
konkret.az

3Mənbələr