Slovakiyanın Baş naziri Robert Fitso 27 illik tikintidən sonra açılan Vişnove yeraltı tunelində konki sürüb.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, bu şəkildə möhtəşəm açılışı qeyd etdiyini açıqlayıb.
"Mən bu gün gülümsəyənlərə qoşuluram, çünki Vişnev tuneli slovakların həyatını yaxşılaşdıracaq - və bu, siyasətin əsas missiyasıdır", - siyasətçi qeyd edib.
Məlumata görə, tikinti 1990-cı illərin sonlarında başlayıb və çoxsaylı fasilələr və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 kilometr uzunluğundakı tunel yeni 13,5 kilometrlik magistral yolun əsas hissəsidir və Slovakiyanın ən uzun yol tunelidir.
Gülayə Mecid