AZ

Trampla bağlı sənədlər yoxa çıxıb

Reyting.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi üzrə dərc etdiyi materiallardan 24 saatdan az müddətdə ən azı 16 fayl, əsasən fotolar silinib.

Reyting.az "Associated Press" nəşrinə istinadla bildirir ki, ABŞ prezidenti Donald Trampın Ceffri Epşteyn, Melani Tramp və Gisleyn Maksvell ilə birlikdə olduğu fotoları da siliblər.

Məsələni gündəmdə saxlayan yerli medianın informasiya basqısından, çoxsaylı jurnalistin günlərlə bu mövzunu diqqətdən saxlaması Ədliyyə Nazirliyinin hərəkətə keçməsinə səbəb olub. Müəyyən müddət sonra həmin fotolar yalnız birbaşa keçidlə yenidən görünüb.

Yoxa çıxan fotoların əksəriyyəti Ceffri Epşteynin Nyu-York şəhərindəki malikanəsində lentə alınmış masaj otağına aid şəkillərdir. Nazirlik bildirib ki, fayllar yoxlanılıb və sənədlər qanuna uyğun redaktə edilib. Lakin ABŞ Konqresinin tələblərinə hələ də əməl olunmur və materialların tam dərci ləngiyir.

Nəşr daha bir maraqlı məqama toxunub. Qeyd olunur ki, Ceffri Epşteynlə uzun illər dostluq edən milyarder iş adamı, həmçinin ABŞ prezidenti Trampla bağlı sənədlərin bir çoxu demək olar ki, nazirliyin məlumat bazasında görünmür.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
reyting.az

1Mənbələr