Avropa İttifaqı (Aİ) Şurası sammitinin Rusiyaya qarşı bütün 19 sanksiyaların altı ay müddətinə - 2026-cı il iyulun 31-dək uzadılması qərarını rəsmən təsdiqləyib.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
"Aİ Şurası Rusiyaya qarşı qadağa tədbirlərinin altı ay müddətinə uzadılması barədə qərar qəbul edib", - deyə bəyanatda bildirilib.
Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiyanın müddəti eyni vaxtda hər altı aydan bir, müvafiq olaraq, hər il yanvarın 31-dək və iyulun 31-dək uzadılır.