AZ

Əlahiddə Ümumqoşun Orduda "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Bakı, 22 dekabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

General-mayor Etibar Məhərrəmov buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıb. Tabelikde olan şəxsi heyətin daim qayğısına qalmağı, hərbi əmlakı qorumağı tövsiyə edib.

Məzunlar onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqları daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Mərasimin yekununda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

 

Seçilən
76
3
azertag.az

4Mənbələr