Xəstəxanadan oğurluq EDİLDİ
Ajans.az xəbər verir ki, DİN-dən məlumat verilib. zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb. Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub. Araşdırma aparılır.