AZ

İtaliya millisinin üzvü Fənərbaxça ya keçə bilər

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "GOAL İtalya" məlumat yayıb.

İtaliya klubu Frattezi üçün 30 milyon avro tələb edir. İstanbul nəhəngi 26 yaşlı oyunçunu yanvar ayında məcburi satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, "İnter" Davide Frattezini 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sportal.az

2Mənbələr