AZ

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istəyib Məhkəmə prosesi

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.

Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.

Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub/Report.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
7
mia.az

10Mənbələr