İstanbul Baş prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində ünvanında tapılmayan Yusuf Güney bu gün saxlanılıb.
Ölkə.az xəbər verir ki, onun ifadəsi və qan nümunəsi alındıqdan sonra sərbəst buraxılacağı bildirilib.
Dekabrın 18-də saxlanılanlar arasında aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki olub. Onlar daha sonra sərbəst buraxılıblar. Bundan əlavə, xarici ölkələrdə olan bir neçə tanınmış sima axtarışa verilib. Onlar arasında iş adamı Acun Ilıcalının eks-xanımı Şeyma Subaşı da var.