AZ

İran və Rusiyanın Zəngəzur dəhlizinə dair mövqeləri niyə toqquşur? ŞƏRH

ain.az bildirir, Oxu.az portalına istinadən.

İran Zəngəzur dəhlizinin heç bir şəkildə, heç bir ad altında, heç bir tərəfin iştirakı ilə çəkilməsini istəmir. Onun üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə olmamasıdır.

Rusiyanın yanaşması isə fərqlidir: Moskva dəhlizin çəkilməsini istəyir, amma gərək öz nəzarətində olsun. Tam alınmasa da, heç olmasa qismən.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kaluqin bu həftə "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib ki, Zəngəzur dəhlizi əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək. Onun sözlərinə görə, ərazidəki dəmir yolu xətləri də Rusiyaya məxsusdur.

"Rusiya təkcə Güney Qafqazın qonşusu deyil, eyni zamanda özü də bu regionun ölkəsidir. Buna görə də regionda baş verənlərin həmişə Rusiyaya birbaşa dəxli olub. Bu səbəbdən hazırda Qərb və əlaltıları qaydasız oyuna başlayaraq dağıdıcı fəaliyyət göstərirlər. Onlar Güney Qafqazın Rusiya ilə əlaqələrini pozmağa çalışırlar", - deyə M.Kaluqin qeyd edib.

Maraqlı məqam ondan ibarətdir ki, hazırda Rusiyanın ABŞ ilə münasibətləri heç də pis və gərgin deyil.

Elə isə Rusiyanın XİN rəsmisi niyə Qərbə qarşı bu mövqedən çıxış edir?

Rusiyanın Siyasi Analiz Mərkəzinin direktoru, siyasi şərhçi Pavel Danilin erməni jurnalist Nver Mnatzakanyanla söhbətində bildirib ki, Kaluqin "Qərb" dedikdə ABŞ-ni yox, Avropa İttifaqını nəzərdə tutur.

"O hətta bilirdi ki, Aİ-nin xarici siyasət komissarı Kaya Kallas Ermənistanı Rusiya əleyhinə sanksiyalara qoşmaq üçün səylər göstərir. Kaluqin amerikalıları avropalılardan açıq şəkildə fərqləndirib. Amerikalılardan danışarkən "Tramp yolu" ilə bağlı çox səliqəli şəkildə, ehtiyatla bildirdi ki, yolların açılması bütün tərəflərin marağındadır", - deyə P.Danilin əlavə edib.

Kaluqin həmçinin xatırladıb ki, hazırda Ermənistan ixracının 37 faizi, idxalının isə 32 faizi Rusiyanın payına düşür. Ölkədə Rusiyanın ümumi dəyəri 4 milyard dolları aşan 4 nəhəng biznes layihəsi var, hərbi baza da öz yerində.

Daha ətraflı Baku TV-nin süjetində:

İran və Rusiyanın Zəngəzur dəhlizinə dair mövqeləri niyə toqquşur? - ŞƏRH

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr