AZ

Bu sahə üzrə ali məktəblərə qəbul sayı artırılsın - Deputat

"Aqrar sahədə mütəxəssis çatışmazlığı var. Mən düşünürəm ki, çıxış yolu axtarmalıyıq. Aqrar Universitetdə bir çox fakültələr mövcuddur. Hesab edirəm ki, qəbul sayını daha da artırmalıyıq".  Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. O bildirib ki, bu sahədə mütəxəssislərin yetişdirilməsinə üstünlük verməliyik: "Müxtəlif universitetlərdə bu sahə üzrə qəbul artırılmalıdır. Həmçinin, təşviqat, təbliğat aparılmalıdır ki, gənclərin bu sahəyə marağı artsın, bu sahədə işləməyə maraqlı olsunlar. Mütəxəssis yoxdur deyə xaricdən gətirmək çıxış yolu deyil. Biz müzakirə etməliyik ki, hansı addımlar atılmalıdır. O halda biz konkret nəticələr əldə edə bilərik".

Qeyd edək ki, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sahədə mütəxəssis çatışmazlığı olduğunu, bu səbəbdən xaricdən mütəxəssislərin cəlb edildiyini bildirmişdi.

Seçilən
27
Ajans.az

1Mənbələr