Amerikalı aktyor Ceyms Renson intihar edib.
Heftelik.az TSN-ə istinadən xəbər verir ki, Los-Anceles hüquq-mühafizə orqanlarının məlumatına görə, 46 yaşlı aktyor cümə günü, dekabrın 19-da ölüb.
Tibbi ekspertizanın rəyinə əsasən, ölümün intihar olduğu təsdiqlənib.
“It Chapter Two” və “The Wire” seriallarının ulduzu 46 yaşında intihar edib.
Qeyd edək ki, aktyor “The Wire” serialında Sobotka rolu ilə geniş şöhrət qazanıb. O, həmçinin daha geniş auditoriya tərəfindən “It Chapter Two” (2019) filmində Eddi Kaspbrak rolu ilə tanınıb.