AZ

Türkiyənin rəhbər şəxsləri Suriyada…

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın işgüzar səfərlə Suriyanın paytaxtı Dəməşqə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Suriya Prezidenti Əhməd əş-Şəraa və ölkənin digər rəsmi şəxsləri ilə danışıqlar aparması planlaşdırılır.

Görüşlərdə ötən ilin yekunları üzrə Türkiyə–Suriya münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik aspektlərindən hərtərəfli qiymətləndirilməsi gözlənilir. Eyni zamanda, 10 mart tarixli razılaşmanın Suriyada icra prosesi müzakirə olunacaq. Qeyd edək ki, 10 mart 2025-ci ildə Suriya hakimiyyəti “Suriya Demokratik Qüvvələri”nin dövlət institutlarına inteqrasiyasını nəzərdə tutan sazişin imzalandığını elan edib. Bu razılaşma Türkiyənin milli təhlükəsizlik prioritetləri ilə sıx bağlıdır.

Danışıqlarda İsrailin fəaliyyəti nəticəsində Suriyanın cənubunda yaranmış təhlükəsizlik riskləri ilə bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

Təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyanın bərpasına yönəlmiş ikitərəfli layihələrin həyata keçirilməsi perspektivləri və Suriya hökumətinin ölkənin potensialının artırılmasına yönəlik təşəbbüslərinə dəstək məsələləri də gündəmdə olacaq.

Səfər zamanı Türkiyə nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Nuh Yılmaz da Dəməşqə gəlib. O, eyni zamanda Türkiyənin Suriyadakı səfiri vəzifəsinə təyin olunub.

Seçilən
21
nocomment.az

1Mənbələr