AZ

Rusiya iqtisadiyyatı 2026-cı ildə ciddi çətinliklərlə üzləşə bilər

Rusiya iqtisadiyyatı hələ də müharibəni maliyyə baxımından dəstəkləsə də, 2026-cı ildə ciddi problemlərlə üzləşə bilər.

KONKRET.az xəbər verir ki, The Washington Post nəşrinin yazdığına görə, dörd il ərzində davam edən genişmiqyaslı hərbi xərclərin yığılan nəticələri fonunda Rusiya iqtisadiyyatını neft sektorunda çətinliklər, mümkün bank böhranı və istehlakçıların vəziyyətinin pisləşməsi gözləyir.

Məqalədə vurğulanır ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibədə üstün mövqedə olduğunu iddia etsə də, iqtisadçılar ölkənin indiki durumunun heç vaxt olmadığı qədər zəif olduğunu bildirirlər. Onların fikrincə, Kreml hərbi xərclərin kəskin artımını təmin edən maliyyə ehtiyatlarının və borc imkanlarının böyük hissəsini artıq tükədib.

İqtisadçıların proqnozlarına əsasən, Rusiya iqtisadiyyatı üçün qarşıdakı dövrdə daha ciddi və dərin problemlər qaçılmaz görünür.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
54
konkret.az

1Mənbələr