AZ

“Srvena Zvezda”ya yeni baş məşqçi təyin olunub

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Spartak Moskva”nın keçmiş çalışdırıcısı Deyan Stankoviç Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi təyin edilib.

İdman.Biz-in xəbərinə görə, Serbiya klubunun mətbuat xidməti bu barədə rəsmi olaraq məlumat verib.

Klubun keçmiş baş məşqçisi Vladan Miloyeviç dünən qovulub.

Deyan Stankoviç “Spartak”a 2024-cü ilin iyulundan 2025-ci ilin noyabrına qədər rəhbərlik edib.

“Srvena Zvezda” “İnter”in eks-yarımmüdafiəçisinin məşqçi kimi ilk klubu olub. O, komandada 2019-cu ilin dekabrından 2022-ci ilin avqustuna qədər çalışıb. Bu müddət ərzində klub üç Serbiya çempionluğu və iki Serbiya kubokunu qazanıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
icma.az

2Mənbələr