AZ

Türkiyədə telekanalın fəaliyyəti dayanıb

Türkiyədə “EKOL TV” kanalının fəaliyyəti dayanıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, kanal 1,5 ildir fəaliyyət göstərirdi. Müvafiq qərarın bu gün verildiyi bildirilir.

Kanal tərəfindən paylaşılan rəsmi açıqlamada, bağlanma səbəb kimi maliyyə çətinlikləri göstərilib:

“Son dövrdə formalaşan kapital strukturu və baş verən dəyişikliklər iqtisadi dayanıqlılığa mənfi təsir göstərib. Bu çərçivədə İdarə Heyətimiz tərəfindən zəruri qiymətləndirmələr aparılıb. Təəssüf ki, mövcud mərhələdə kanalımızın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Bu günədək əməyi keçən bütün əməkdaşlarımıza və bizə etimad göstərən dəyərli tamaşaçılarımıza ən səmimi sevgimizi və təşəkkürümüzü bildiririk”, - deyə açıqlamada qeyd olunub.

Seçilən
130
3
apa.az

5Mənbələr