AZ

Aİ Rusiyada daha iki şəxsə sanksiya tətbiq etdi

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyada ciddi insan hüquqlarıpozuntularına görə iki nəfəri - Moskva Şəhər Məhkəməsinin hakimiDmitri Qordeevi və prokuror Lyudmila Balandinanı sanksiyalarsiyahısına daxil edib.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Aİ Rusiyada insan hüquqları pozuntularını vənarazıların susdurulmasını qətiyyətlə pisləyir və ölkədə vəziyyətindavamlı pisləşməsindən dərin narahatlıq ifadə edir.

Aİ, həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay -2026-cı il iyulun 31-dək uzadıb. Hazırda sanksiyalar ticarət,maliyyə, enerji, texnologiya və ikili istifadə malları, sənaye,nəqliyyat və lüks mallar sahələrini əhatə edir.

Bundan əlavə, tədbirlər Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neftvə müəyyən neft məhsullarının idxalına qadağanı, bir neçə Rusiyabankının SWIFT sistemindən çıxarılmasını, həmçinin Kremlindəstəklədiyi dezinformasiya vasitələrinin Aİ-də yayımfəaliyyətlərinin və lisenziyalarının dayandırılmasını nəzərdətutur.

Məqalədə:
Seçilən
80
3
az.trend.az

4Mənbələr