AZ

Falçı və cadugər yanına gedənlər CƏRİMƏLƏNƏCƏK

Tacikistan parlamentinin yuxarı palatası – Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadəyə görə inzibati cərimələrin tətbiqini təsdiqləyib.

Publika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, falçı və cadugərlərin yanına müraciət edən şəxslər 3 min 750 manatdan 4 min 500 somoniyə qədər (təxminən 486 ABŞ dolları) cərimələnəcək.

Milli Məclisin üzvü Məhmədəli Vətənzodanın sözlərinə görə, bu dəyişikliklərin əsas məqsədi ölkədə ekstremist ideologiyanın yayılmasının qarşısını almaq, eləcə də cəmiyyət arasında xurafatçılığın artmasını önləməkdir. Deputat bildirib ki, falçılıq və cadugərlik fəaliyyəti müxtəlif hallarda insanların aldadılmasına, dini və sosial radikal meyillərin güclənməsinə zəmin yaradır.

Tacikistanda son illər qeyri-rəsmi dini praktikalar və xurafat xarakterli fəaliyyətlərlə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur.

Seçilən
43
4
publika.az

5Mənbələr