AZ

Finalın qəhrəmanı sıradan çıxdı

PSJ-nin qapıçısı Matvey Safonov zədələnib.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, futbolçu Qitələrarası Kubokun “Flamenqo” ilə final matçında sıradan çıxıb. Rusiyalı futbolçunun qolu sınıb. Matvey ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, PSJ əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələnən final matçından sonra penalti seriyasında 2:1 hesabı ilə qalib gəlib. Safonov 4 penaltini dəf etməklə finalın ən yaxşı oyunçusu seçilib.

Seçilən
49
1
football-plus.az

2Mənbələr