ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İstənilən ət məhsulunun insan sağlamlığına təsiri onun mənşəyindən daha çox təhlükəsizlik nəzarətindən, saxlanma və emal şəraitindən asılıdır. Əgər idxal olunan ət rəsmi qaydada baytarlıq yoxlanışından keçibsə, mikrobioloji və kimyəvi göstəriciləri normaya uyğundursa, qida baxımından yerli ətlə ciddi fərqi olmur".Bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bazarlarda mənşəyi, kəsim tarixi və saxlanma temperaturu barədə aydın məlumat verilməyən ətlər risk daşıyır:“Uzunmüddətli daşınma və dondurulma prosesləri zamanı düzgün texnologiya tətbiq edilməzsə, ətin qida dəyəri azalır və bakterial çirklənmə ehtimalı artır. Belə məhsullar xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün təhlükəli ola bilər. Şübhəli ətlərin tərkibində antibiotik qalıqları və ya ağır metalların olma riski də istisna edilmir. Bu cür ətlərlə mütəmadi qidalanma həzm problemləri, immun zəiflik və allergik reaksiyalara səbəb ola bilər. İstehlakçılar ət alarkən mütləq sertifikat, möhür və saxlanma şəraitinə diqqət etməlidir. Rəngi, qoxusu və teksturası normal olmayan ətlər qətiyyən istifadə edilməməlidir. Sağlam qidalanma üçün keyfiyyəti şübhə doğurmayan, izlenəbilən mənşəyə malik ət məhsullarına üstünlük verilməsi tövsiyə olunur”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.