AZ

Pik saatlarda müşahidə olunan tıxacların sayı azala bilər AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi nəqliyyat baxımından ciddi təsirlərə malik ola bilər. İlk növbədə, mərkəzi küçə və prospektlərdə gündəlik pik saatlarda müşahidə olunan tıxacların müəyyən qədər azalması mümkündür”. Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, tələbə və müəllim axınının bir hissəsi şəhər mərkəzindən kənara yönələcək:“Bu, xüsusilə universitetlərin ətrafında formalaşmış ciddi sıxlığın aradan qalxmasına kömək edə bilər. Digər tərəfdən, şəhərdən kənar ərazilərə gedən yollar üzərində yük artacaq və həmin istiqamətlərdə yeni tıxac riskləri yarana bilər. Əgər paralel olaraq ictimai nəqliyyat infrastrukturu gücləndirilməzsə, bu problem daha da dərinləşə bilər. Yeni kampuslara müntəzəm avtobus və ya sürətli nəqliyyat xətləri təşkil olunmalıdır”. Onun sözlərinə görə, tələbələrin şəxsi avtomobildən istifadəsinin artması ehtimalı da nəzərə alınmalıdır:“Bu səbəbdən dayanacaq, yol ötürücüləri və alternativ marşrutlar öncədən planlaşdırılmalıdır. Düzgün yanaşma olarsa, bu addım uzunmüddətli perspektivdə nəqliyyat sisteminin balanslaşmasına xidmət edə bilər. Əks halda isə problem sadəcə şəhər mərkəzindən kənar zonalara daşınmış olacaq. Ona görə də qərar nəqliyyat planlaşdırması ilə paralel icra edilməlidir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr