Bakı. Trend:
"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını TürkiyəSuper Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
"Fənərbaxça" italiyalı futbolçunu transfer etmək istəyir.İtaliya klubu Frattezi üçün 30 milyon avro tələb edir. İstanbulnəhəngi 26 yaşlı oyunçunu yanvar ayında məcburi satınalma bəndi iləicarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "İnter" Davide Frattezini 2023-cü ilin yayında"Sassuolo"dan transfer edib.