AZ

Diaspor fəalları fərqləniblər (FOTO)

Bakı. Trend:

Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərəkonların ictimai, siyasi, sosial həyatında olduqca fəal roloynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına,multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgəfəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycandiasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlaralayiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova vəBelçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdanfərqləniblər.

Trend xəbər verir ki, bubarədə Diaporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü RahilƏhmədova multikultural ailələrə dair müsbət ictimai rəyinformalaşmasına verdiyi töhfələrə görə “15-ci LG və Dong-AMultikultural Mükafatı”nın “Grand Prize”inə layiq görülüb. RahilƏhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafatKoreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o,gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davamedəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyətivə beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdədüzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, “Dong-AIlbo” Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milliqəzetlərindən biridir. “LG və Dong-A Multikultural Mükafatı” isə2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsisolunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyəəhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədidaşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. TədbirKoreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102

Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı AydanAbdullayeva isə 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs)seçilib. “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildəAvropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional KommunikasiyaProqramı” (“EU NEIGHBOURS East”) çərçivəsində həyata keçirilməyəbaşlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova,Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və BirləşmişKrallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən,qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildəfəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-ninŞərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığınartırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstəkverilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviqedilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrətəhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor GənclərininV Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG)təşkilatının üzvüdür.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Seçilən
20
3
az.trend.az

4Mənbələr