
“Bakı Metropoliteni” QSC 2024-cü ildə 35 yeni metro vaqonunun alınması üçün 93 milyon 60 min manat vəsait xərcləyib.
Yenicag.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bununla bağlı müqavilə Malayziya qeydiyyatlı “TMX International” şirkəti ilə imzalanıb.
Məlumata görə, “Bakı Metropoliteni” QSC 2023-cü ildə də eyni şirkətə 15 metro vaqonunun alınması üçün 35 milyon 701 min manat ödəniş edib.
Qeyd edək ki, cari ilin noyabr ayında Bakı Metropoliteni xəttə 3 yeni qatar – 15 vaqon buraxıb.
Bildirilib ki, 2030-cu ilə qədər Bakı Metrosu üçün ümumilikdə 299 yeni nəsil metro vaqonunun alınması nəzərdə tutulur.