AZ

"Sulutəpə dairəsi"nin yaxınlığında piyadalara TƏHLÜKƏVİDEO

İllərdir bu quyunun üstü örtülmədiyindən sakinlər səki ilə deyil, yolun hərəkət hissəsi ilə getmək məcburiyyətində qalırlar...

Xezerxeber.az xəbər verir ki, piyadalar da illərdir Sultəpə dairəsinə düşən bu yoldan çətinliklə keçdiklərini deyirlər.

Problemlə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirldi ki, sozügedən ərazidə əvvəllər vətəndaşların fərdi həyətyanı ərazilərinə qapılar olub. Uzun illər bundan əvvəl ərazidə yol və ətraf ərazilərin  yenilənməsi zamanı həyətlərə keçidlər qoyulub. Çünki vətəndaşların fərdi həyatyanı ərazilərinə ondan başqa keçid olmayıb. İcra Hakimiyyətindən o da qeyd edildi ki, gələn il üçün qeyd edilən ünvanda və yaxın ərazilərdə abadlıq layihəsi nəzərdə tutulub. Ərazidəki mövcud problemlərin həlli ilə bağlı da addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
53
1
xezerxeber.az

2Mənbələr