AZ

Uşaqlar arasında öskürək, boğaz ağrısı virusları yayılıb -Nələrə diqqət etməliyik?VİDEO

Ölkə ərazisində qripin yayılmasında artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Xüsusilə hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları, adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşahidə edilir.

Vətəndaşlar isə deyirlər ki, respirator virus infeksiyaları daha çox uşaqlar arasında yayılıb.

Xezerxeber.az-ın xəbərin görə, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar  Eyvazov bildirib ki, hazırda müşahidə edilən kəskin respirator infeksiyalar risk qrupuna daxil olan şəxslər - yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün daha ağır fəsadlara səbəb ola bilər.

Baş infeksoinist onu da qeyd edib ki, son günlər artan mövsümi xəstəliklərlə bağlı ölkəyə Fransadan qrip əleyhinə vaksin preparatları gətirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
55
xezerxeber.az

1Mənbələr