Məhsul boldur, alıcısa isə yoxdur...
Xezerxeber.az xəbər verir ki, Astarada bu il naringi bağlarında yüksək məhsuldarlıq müşahidə olunur. Bol məhsul fermerləri sevindirsə də, zamanı alıcılıq qabiliyyətinin zəif olması onları çətin vəziyyətə salıb. Bununla yanaşı, meyvə agacda çürüyür.
Mövcud vəziyyət fermerlərə ciddi maddi ziyan vurub. Ona görə də təsərrüfat sahibləri məhsulu dəyər -dəyməzinə satırlar. Qiymət 50-70 qəpik arasındadır.
Hazırda Astarada 2590 hektardan çox sahədə naringi var. Bu sahələrdən ötən il təsərrüfat sahibləri 50 min tondan çox məhsul yığıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.